Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən paylaşımla bağlı başsağlığı verib.
Bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib. Məlumatda bildirilib ki, İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və yeni doğulmuş körpələrin ölümü ilə nəticələnən yanğın xəbəri dərin kədər hissi ilə qarşılanıb.
“Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Ağır kədərli gündə qardaş Pakistan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə edirik”, – deyə XİN-in paylaşımında qeyd olunub.
Qeyd edək ki, Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində azı 15 yeni doğulmuş körpə həyatını itirib.
