Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,1% artıb.
Neft bazarındakı mənbəyə istinadən verdiyimiz məlumata görə, nəticədə “Azeri Light”ın bir barelinin qiyməti 97,61 ABŞ dollarına yüksəlib.
Hərracların yekunlarına əsasən, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 93,96 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 5,02 ABŞ dolları və ya 5,6% artaraq 94,74 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları hesablanıb.
“Azeri Light” neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda “Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Sözügedən müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3%-dir.
