Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında qaliblərin adları müəyyənləşib.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi yarışın ikinci günündə idmançılar 16 dəst medal uğrunda mübarizə aparıblar. Fərqlənənlər diplom və medallarla təltif olunublar.

2010-2011-ci il təvəllüdlü oğlanların yarışında K2 500 metr məsafədə Elmir Tarverdiyev – Mustafa Vəlizadə, K1 500 metr məsafədə Mustafa Vəlizadə, K2 1000 metr məsafədə Tahir Mövsumov – Sənan Cəfərzadə, C1 500 metr məsafədə Fəxri Sadıqlı, C1 1000 metr məsafədə isə Vaqif Mustafazadə qızıl medal qazanıb. K2 500 metr mix yarışında da Mustafa Vəlizadə – Gülay Cümşüdlü cütlüyü birinci olub. Həmin yaş qrupunda qızlar arasında K1 500 metrdə Darina Xayretdinova qalib gəlib.

2008-2009-cu il təvəllüdlü idmançılar arasında K1 500 metrdə Əlimurad Hacızadə, C1 500 və 1000 metrlik yarışlarda Hüseyn Səmədli, K1 1000 metrdə İvan Vorobyanski, K2 500 metrdə Tengiz Qaqnidze – Qiyas Əhmədov, 2×1500 metrdə isə Azər İlyasov – Tunar Məmmədzadə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

2012-2013-cü il təvəllüdlü iştirakçılar arasında K1 500 metrdə Yunus Əhmədov, K2 500 metrdə Mehdi Mehdizadə – Yunus Əhmədov, 2×1000 metrdə isə Yusif Əliyev – Zahid Əmiraslan cütlüyü qızıl medal əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatında uğur qazanan idmançılar “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan komandasının heyətinə cəlb olunacaqlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir