Antalyada meşə yanğını: 720 nəfər təxliyə edilib

Antalyada meşə yanğını: 720 nəfər təxliyə edilib

Türkiyənin Antalya şəhərində meşə yanğını ilə əlaqədar 720 nəfərin təxliyəsi həyata keçirilib. Yanğının söndürülməsi üzrə işlər ikinci gündür davam edir.

Aksu rayonunda Qaraöz, Yumuk və Yaşılqaraman kəndlərindən ümumilikdə 281 sakin, qonşu Kəpəz rayonunun Çamlıca kəndindən isə 439 nəfər təhlükəsiz əraziyə çıxarılıb. Yumuk kəndindən həmçinin 18 tövlədəki mal-qara təxliyə edilib.

Qaraöz ərazisindəki yanğının söndürülməsinə üç təyyarə, doqquz helikopter, 165 yanğınsöndürmə avtomobili və 112 digər texnika cəlb olunub. Əməliyyatda 1037 nəfər şəxsi heyət iştirak edir.

Yanğınla mübarizəyə Konya, İsparta və Burdur şəhərlərinin yanğınsöndürmə, kommunal və meşə təsərrüfatı xidmətləri də qoşulub. Polisin su şırnaqlı xüsusi texnikalarından da istifadə olunur.

Yanğın nəticəsində rayonda mobil rabitədə fasilələr yaranıb. Problemin aradan qaldırılması üçün hadisə yerinə səyyar baza stansiyaları göndərilib. Bundan başqa, 2632 abonentin elektrik enerjisiz qaldığı bildirilir.Türkiyənin Antalya şəhərində meşə yanğını ilə əlaqədar 720 nəfərin təxliyəsi həyata keçirilib. Yanğının söndürülməsi üzrə işlər ikinci gündür davam edir.

Aksu rayonunda Qaraöz, Yumuk və Yaşılqaraman kəndlərindən ümumilikdə 281 sakin, qonşu Kəpəz rayonunun Çamlıca kəndindən isə 439 nəfər təhlükəsiz əraziyə çıxarılıb. Yumuk kəndindən həmçinin 18 tövlədəki mal-qara təxliyə edilib.

Qaraöz ərazisindəki yanğının söndürülməsinə üç təyyarə, doqquz helikopter, 165 yanğınsöndürmə avtomobili və 112 digər texnika cəlb olunub. Əməliyyatda 1037 nəfər şəxsi heyət iştirak edir.

Yanğınla mübarizəyə Konya, İsparta və Burdur şəhərlərinin yanğınsöndürmə, kommunal və meşə təsərrüfatı xidmətləri də qoşulub. Polisin su şırnaqlı xüsusi texnikalarından da istifadə olunur.

Yanğın nəticəsində rayonda mobil rabitədə fasilələr yaranıb. Problemin aradan qaldırılması üçün hadisə yerinə səyyar baza stansiyaları göndərilib. Bundan başqa, 2632 abonentin elektrik enerjisiz qaldığı bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir