Ermənistanın baş naziri Nikol Paşinyan COP31 tədbirində iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərinə səfər etməyi planlaşdırır.
Xəbəraxını xəbər verir ki, Paşinyan noyabrın 5-də hökumətin iclasından sonra keçirilən brifinqdə Antalyaya səfər planının olduğunu bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbir çərçivəsində noyabrın 11-12-də dünya liderlərinin sammitinin təşkili nəzərdə tutulur.
