Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi Ümid Bayramlı dünyasını dəyişib.
Xəbəraxını xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Ümid Bayramlı “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alırmış.
Əldə edilən məlumata görə, tələbə meningit xəstəliyindən əziyyət çəkib. Onun ölümünün bu xəstəliklə əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, İmişli rayonundan olan Ümid Bayramlının ötən gün vəfat etdiyi bildirilir.
