Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya sədrinin müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi bu gün başlayacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə “Teleqraf” məlumat yayıb.
Bildirilib ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində araşdırılıb. Əli Kərimli və Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) ilə yekun ittiham irəli sürülüb.
