Faciəvi təyyarə qəzası: Milyoner həyat yoldaşı və iki azyaşlı övladı ilə həlak oldu

Faciəvi təyyarə qəzası: Milyoner həyat yoldaşı və iki azyaşlı övladı ilə həlak oldu

ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzası nəticəsində İT sahəsində fəaliyyət göstərən milyonçu Adam Robinson həyat yoldaşı və iki övladı ilə birlikdə həyatını itirib.

Xəbəraxını xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən məlumat yayılıb.

Məlumata görə, təyyarədə ailədən başqa iki pilot, onların iki dostu və dayə də olub. Qəza nəticəsində təyyarədə olan digər şəxslərin taleyi barədə ətraflı məlumat verilməyib.

Bildirilir ki, Adam Robinsonun qızı Emminin 4, oğlu Çarlinin isə cəmi 2 yaşı olub. O, “Retention” və “RB2B” informasiya texnologiyaları şirkətlərinin təsisçisi və baş direktoru kimi tanınıb.

Faciədən qısa müddət əvvəl Robinsonun həyat yoldaşı Helen ailənin Aspen şəhərinə köçməyi planlaşdırdığını açıqlayıb.

Təyyarə qəzasının dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. İlkin ehtimallara görə, hava gəmisi güclü turbulentliyə düşmüş ola bilər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir