Rusiyanın bir neçə böyük hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təhlükəsizlik tədbirləri səbəbindən onlarla aviareysin cədvəlində dəyişiklik edilib. Bəzi uçuşlar saatlarla gecikib, bir qismi isə ləğv olunub.
Xəbəraxını Lent.az-a istinadən xəbər verir ki, oktyabrın 30-da axşam saatlarından oktyabrın 31-nə keçən gecə Moskvanın Şeremetyevo və Vnukovo, eləcə də Sankt-Peterburqun Pulkovo hava limanlarında uçuşların həyata keçirilməsində problemlər yaranıb.
Gecikmələr əsasən Dubay, Antalya, İstanbul, Soçi və Mərkəzi Asiya şəhərlərinə səfər edən sərnişinlərə təsir göstərib.
Bakı reysinin uçuş vaxtı dəyişdirildi
Gecikən uçuşlar arasında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus J2 182 nömrəli Bakı reysi də olub. Məlumata görə, reysin uçuşu saat 13:45-ə təxirə salınıb.
Bundan başqa, “EgyptAir” aviaşirkətinin Şarm əş-Şeyx istiqamətində hərəkət edən MS 728 nömrəli reysinin də uçuş vaxtı dəyişdirilərək saat 11:00-a keçirilib.
Məlumata əsasən, Rusiyanın hava limanlarında yaranan gecikmələr bir neçə saat davam edib, bəzi uçuşlar isə tamamilə ləğv olunub.
