Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.
Xəbəraxını Müstəqil.az-a istinadən xəbər verir ki, qərar Maliyyə Nazirliyinin apardığı yoxlamalardan sonra verilib.
Qeyd edək ki, Leysan Məmmədov ötən ilin yanvarında sözügedən vəzifəyə təyin edilmişdi.
O, 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə gətirilsə də, bir müddət sonra bu postdan da azad olunub.
Leysan Məmmədov 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini və direktor vəzifələrində çalışıb. 2021-ci ildən 2022-ci ilin fevral ayınadək isə Minatəmizləmə Agentliyinin Aparat rəhbəri olub.
