Magistral qaz kəmərində aşkarlanan sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Xəbəraxını xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qazın verilişində fasilə saat 10:00-dan etibarən təmir işləri başa çatanadək davam edəcək.
Qaz təchizatının hansı küçələrdə dayandırılacağı ilə bağlı ətraflı siyahı təqdim edilməyib.
