Azərbaycan Ukraynaya milyonluq humanitar yardım göndərdi – tərkibi açıqlandı

Azərbaycan Ukraynaya milyonluq humanitar yardım göndərdi – tərkibi açıqlandı

Azərbaycanın Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım karvanı təyinat ölkəsinə çatdırılıb. Yardımın ümumi dəyəri 2,5 milyon manat təşkil edir.

Xəbəraxını xəbər verir ki, “Report”un yaydığı məlumata görə, humanitar yardım Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına uyğun olaraq, Energetika Nazirliyi tərəfindən göndərilib.

Yükün təhvil verilməsi mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev və Ukrayna Energetika Nazirliyinin Xarici əlaqələr departamentinin rəhbəri Aleksandr Boqdanets iştirak ediblər.

Ukrayna tərəfinin müraciəti əsasında hazırlanan yardım paketinə kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxil edilib. Avadanlıqların ümumi dəyəri 1,5 milyon ABŞ dolları, təxminən 2,5 milyon manatdır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə humanitar yardımlar göndərib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir