Bakının bu ərazilərində qaz olmayacaq: Sakinlərə xəbərdarlıq edildi

Bakının bu ərazilərində qaz olmayacaq: Sakinlərə xəbərdarlıq edildi

Bu gün Bakının Sabunçu və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar qazın verilişi saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.

Məhdudiyyət Sabunçu rayonunun Ramana qəsəbəsindəki bəzi əraziləri və Ümid qəsəbəsini, eləcə də Nəsimi rayonunun N.Yusifbəyli, Novruzov qardaşları, A.Səhhət, Mərdanov qardaşları və M.Sənani küçələrini əhatə edəcək.

Qaz təchizatının işlər yekunlaşdıqdan sonra bərpa olunacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir