Slavi Binevin qətlində şok gəlişmə: Üç şübhəli qaçarkən yaxalandı

Slavi Binevin qətlində şok gəlişmə: Üç şübhəli qaçarkən yaxalandı

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti və Taekvondo Federasiyasının prezidenti Slavi Binevin Sofiyada qətlə yetirilməsinin yeni təfərrüatları açıqlanıb. Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Bolqarıstan Milli Polis Baş İdarəsinə istinadən NOVA telekanalı məlumat yayıb.

Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 60 yaşlı sahibkar və siyasətçiyə bir dəfə atəş açılıb. Hadisə yerində bir ədəd boş giliz aşkarlanıb.

Məlumata əsasən, qətl paytaxt Sofiyanın Pavlovo rayonunda baş verib. Polisə məlumat daxil olduqdan təxminən bir saat sonra şəhərdən çıxmağa çalışan üç şübhəli Trakiya avtomagistralında saxlanılıb. Onlardan biri Bolqarıstan, ikisi isə Türkiyə vətəndaşıdır.

Saxlanılan şəxslərin üzərində silahlar aşkarlanıb. Bildirilir ki, silahlardan biri avtomobil dayandırılmamışdan əvvəl atılıb, digəri isə şübhəlilərdən birinin çantasında tapılıb.

Hadisənin motivi və saxlanılan şəxslərin cinayətlə əlaqəsi araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir