Bolqarıstanın paytaxtı Sofiyada ölkənin tanınmış idman xadimlərindən biri, iş adamı Slavi Binev başından güllələnərək öldürülüb. Qətllə əlaqədar üç nəfər saxlanılıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi brifinq zamanı məlumat verib.
Məlumata görə, cinayətdə şübhəli bilinən şəxslərdən biri Bolqarıstan, digər ikisi isə Türkiyə vətəndaşıdır. Hadisə zamanı istifadə olunduğu ehtimal edilən silah da aşkarlanıb.
İstintaqın əsas versiyalarından biri hadisənin iş ortaqları arasında yaranmış maliyyə anlaşılmazlığı ilə əlaqəli olmasıdır. Hazırda cinayətin motivinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 60 yaşlı Slavi Binev Bolqarıstan Taekvondo Federasiyasının prezidenti, Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti və Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifələrini tuturdu.
