Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Həmin müddətdə narkotiklərlə və qanunsuz silah-sursatla bağlı da bir sıra faktlar aşkarlanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-də polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 14 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 5 fakt müəyyən edilib.
Bundan başqa, dələduzluq cinayətinə görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
