Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstana səfəri zamanı hava limanında saxlanılıb. Hadisədən sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsi ilə o, sərbəst buraxılıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Lent.az onun yaxınlarının sosial şəbəkələrdə yaydığı məlumata istinadən xəbər yayıb.
Məlumata görə, oktyabrın 22-də Gürcüstana gedən İbad Hüseynov gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı bildirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsələyə müdaxiləsindən sonra Milli Qəhrəman sərbəst buraxılıb.
Qeyd edək ki, İbad Hüseynov 23 oktyabr 2026-cı ildə Gürcüstanda keçiriləcək tədbirdə iştirak etmək məqsədilə Tbilisiyə yollanıb.
