Gələn il şəhər və rayonlara büdcədən ayrılan vəsaitlə bağlı yeni qayda tətbiq oluna bilər

Gələn il şəhər və rayonlara büdcədən ayrılan vəsaitlə bağlı yeni qayda tətbiq oluna bilər

2027-ci ildə Azərbaycanda bütün şəhər və rayonların dövlət büdcəsindən maliyyə dəstəyi alması nəzərdə tutulmur. Yeni qaydaya əsasən, büdcə vəsaiti yalnız yerli gəlirləri xərclərini qarşılamağa kifayət etməyən ərazilərə ayrıla bilər.

Xəbəraxını xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə görə, şəhər və rayonların gəlirləri yerli xərclərini təmin etmədikdə, müvafiq qurum həmin əraziyə xərclərinin 10 faizindən çox olmayan həcmdə dövlət büdcəsindən vəsait ayıra bilər.

Proqnozlara əsasən, 2027-ci ildə şəhər və rayonlar üzrə ümumilikdə 18 milyard 430 milyon manat gəlir və 735 milyon 575 min manat yerli xərc nəzərdə tutulub. Gəlirlərin yerli xərcləri üstələyən 17 milyard 694 milyon manatlıq hissəsinin mərkəzləşdirilmiş gəlirlərə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, 2027-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir