Əhmədlidən Hövsan və Türkan istiqamətinə yeni avtobus xətti açılır – Gedişhaqqı açıqlanıb

Əhmədlidən Hövsan və Türkan istiqamətinə yeni avtobus xətti açılır – Gedişhaqqı açıqlanıb

Bakıda sərnişinlərin ictimai nəqliyyata əlçatanlığını artırmaq məqsədilə yeni avtobus marşrutu istifadəyə veriləcək. Oktyabrın 18-dən etibarən metronun “Əhmədli” stansiyasından Hövsan və Türkan istiqamətində 218 nömrəli marşrut fəaliyyətə başlayacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Yeni marşrut Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivində yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını qarşılamaq məqsədi daşıyır.

Xətt üzrə ekoloji cəhətdən təmiz sıxılmış təbii qazla (CNG) işləyən avtobuslar xidmət göstərəcək.

218 nömrəli avtobuslar hər gün saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hərəkət intervalı 12-15 dəqiqə təşkil edəcək.

Yeni marşrut üzrə gedişhaqqı 80 qəpik müəyyənləşdirilib. Ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qeyd edək ki, yeni marşrutun istifadəyə verilməsi sözügedən ərazilərdə yaşayan sakinlərin metronun “Əhmədli” stansiyasına və şəhərin digər istiqamətlərinə daha rahat çıxışını təmin edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir