Azərbaycanda cəzaçəkmə müəssisələrindən birində məhkumun ölümü qeydə alınıb. 68 yaşlı Səmədağa Hənifəyev xəstəlik səbəbindən dünyasını dəyişib.
Xəbəraxını xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birində baş verib.
Məlumata görə, Səmədağa Şamil oğlu Hənifəyev 1992-ci ildə ömürlük azadlıqdan məhrum edilib.
O, bir neçə il əvvəl Qobustan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində baş vermiş qətl hadisəsi ilə bağlı şahid qismində də ifadə verib.
Məhkumun ölümünün təfərrüatları ilə bağlı əlavə məlumat açıqlanmayıb.
