Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının tərkibində dəyişiklik edilib. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev şuradan çıxarılıb.

Xəbəraxını xəbər verir ki,

, qərar bu gün YAP-ın İdarə Heyətinin keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Hazırda Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir