Bakının 3 rayonunda qaz kəsiləcək

Bakının 3 rayonunda qaz kəsiləcək

Bu gün Bakının üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məhdudiyyətlər təmir-quraşdırma işləri ilə əlaqədar tətbiq ediləcək.

Xəbəraxını xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi, Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərinə qaz verilişi dayandırılacaq.

Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən S.Fərziyev küçəsində, eləcə də Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Qazın verilişinin bərpa olunması işlərin başa çatma müddətindən asılı olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir