Məktəblərdə vahid geyim qaydaları ilə bağlı müzakirələr davam edir.
Xəbəraxını xəbər verir ki, məsələ ilə bağlı Şeyxülislam Allahşükür Paşazadə Real Tv-ə danışıb. O, bildirib ki, qəbul edilən qərarda hicabla bağlı ayrıca müddəa yer almır.Məktəblərdə tətbiq olunan geyim qaydaları ilə bağlı qərarın məzmunu düzgün anlaşılmalıdır. Şeyxülislamın sözlərinə görə, sənəddə hicabın qadağan olunması ilə bağlı hər hansı ifadə yoxdur və bu məsələ qərarda ayrıca qeyd edilməyib.
Məsələ ilə bağlı açıqlamada vurğulanıb ki, sənəddə nəzərdə tutulan qaydalarla bağlı müzakirələr aparılarkən onun konkret müddəalarına istinad edilməlidir. Qərarın məzmununa əlavə şərhlərin verilməsi və sənəddə olmayan ifadələrin ona aid edilməsi düzgün yanaşma hesab edilmir.
Mövzu ətrafında yaranan müzakirələr fonunda qərarın mətninin diqqətlə öyrənilməsi və yalnız rəsmi açıqlamalara əsaslanılması vacibdir.
