Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında mülki infrastruktura qarşı həyata keçirilən son hücumlar nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.
Xəbəraxını xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirlik Səudiyyə Ərəbistanının hökumətinə və xalqına, həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı çatdırıb. Açıqlamada hücumlar zamanı yaralanan şəxslərə tezliklə və tam sağalmaları arzulanıb, yaxınlarını itirən ailələrə səbir və dözüm dilənib.
Qeyd edək ki, oktyabrın 11-də Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində 12 nəfərin öldüyü, 309 nəfərin yaralandığı bildirilib. Hadisə ilə bağlı yayılan məlumatlarda hücumun husilər tərəfindən həyata keçirildiyi qeyd olunur.
