Bakının Binə qəsəbəsində yerləşən məktəblərdən birində insident baş verib. Məktəb binasına atılan daş nəticəsində iki şagirdin xəsarət aldığı bildirilir.
Xəbəraxını xəbər verir ki, hadisə “Südçülük Sovxozu” ərazisində yerləşən 136 nömrəli məktəbdə qeydə alınıb.
Məlumata görə, naməlum şəxslər pəncərədən məktəbin içərisinə daş atıblar. Nəticədə iki şagird yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanıldığı bildirilir. İnsidentin digər təfərrüatları barədə əlavə məlumat açıqlanmayıb.
