Bakının Qaradağ rayonunda orta məktəb direktorlarından birinə məxsus avtomobil yandırılıb. Hadisə zamanı yaxınlıqda uşaqların da olduğu bildirilir.
Xəbəraxını, APA-ya istinadən məlumat verir ki , məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi və avtomobili kimin yandırdığı barədə hələlik əlavə məlumat açıqlanmayıb.
