Azərbaycan və Slovakiya arasında məxfi məlumatların qorunması barədə saziş təsdiqləndi

Azərbaycan və Slovakiya arasında məxfi məlumatların qorunması barədə saziş təsdiqləndi

Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsini nəzərdə tutan saziş rəsmən təsdiq edilib.

Xəbəraxını xəbər verir ki, bu barədə Prezidentin rəsmi internet səhifəsində məlumat yayılıb.

Prezident İlham Əliyev iki ölkənin hökumətləri arasında imzalanmış sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sənəd tərəflər arasında, eləcə də onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların qorunmasını nəzərdə tutur.

Qeyd edək ki, saziş 2026-cı il iyulun 8-də Bakıda imzalanıb. Sənəd Azərbaycan və Slovakiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyənləşdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir