İlham Əliyevlə Məsud Pezeşkian Türkmənistanda görüşdü – Müzakirə olunan məsələlər açıqlandı

İlham Əliyevlə Məsud Pezeşkian Türkmənistanda görüşdü – Müzakirə olunan məsələlər açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Xəbəraxını xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Oktyabrın 9-da baş tutan görüşdə Azərbaycan və İran prezidentləri arasında əvvəlki görüşlər və telefon danışıqları məmnunluqla xatırlanıb. Həmçinin Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda İrana səfəri və səfər çərçivəsində aparılan müzakirələr qeyd edilib.

Məsud Pezeşkian ölkələr arasında tarixi dostluq və qohumluq əlaqələrinin mövcudluğunu vurğulayıb. O, İranda baş verən hadisələr zamanı Azərbaycanın dost və mehriban qonşu kimi nümayiş etdirdiyi mövqeyin yüksək qiymətləndirildiyini bildirib.

İlham Əliyev isə İranın qeyri-üzv dövlət qismində ilk dəfə “MDB plyus” formatında iştirakına toxunub.

Görüş zamanı Ağbənd–Kəlalə layihəsinin icrası ilə bağlı işlərin yekun mərhələsində olduğu bildirilib. Bundan başqa, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən son dövlət başçıları görüşündə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində hər iki ölkənin müvafiq qurumlarının fəaliyyətini davam etdirdiyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir