Paşinyan Azərbaycan mahnısı paylaşdı – izləyiciləri təəccübləndirən detal

Paşinyan  Azərbaycan mahnısı paylaşdı – izləyiciləri təəccübləndirən detal

Türkmənistanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkədə paylaşdığı video diqqət çəkib. Türkmənbaşı şəhərində səhər saatlarında velosiped sürən hökumət başçısı görüntüləri Azərbaycan dilində səslənən mahnının müşayiəti ilə paylaşıb.

Xəbəraxını xəbər verir ki, Paşinyan paylaşımında velosipedlə hərəkət etdiyi anları nümayiş etdirib. Videonun sonunda o, əli ilə ənənəvi ürək işarəsini göstərib.

Paylaşımda istifadə olunan musiqi isə izləyicilərin diqqətindən yayınmayıb. Mahnının Azərbaycan dilində səslənməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Paşinyanın musiqini türkmən dilində hesab etmiş ola biləcəyini irəli sürüblər.

Məlumata görə, videoda eşidilən mahnını azərbaycanlı ifaçı Zeynəb Həsəni ifa edib. Musiqinin səslənmə tərzi isə paylaşımda mahnının süni intellekt vasitəsilə hazırlanmış və ya dəyişdirilmiş versiyasından istifadə edildiyi ehtimalını yaradır.

Paşinyanın mahnını bilərəkdən seçib-seçmədiyi və onun dilini tanıyıb-tanımadığı barədə isə açıqlama yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir