Sabunçuda lombarddan 22 min manatlıq oğurluq baş verdi

Sabunçuda lombarddan 22 min manatlıq oğurluq baş verdi

Sabunçu rayonunda lombardlardan birindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı hadisə qeydə alınıb.

“Xəbəraxını” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, rayon ərazisində fəaliyyət göstərən lombardlardan birindən 7 500 manat nağd pul və ümumi dəyəri 14 500 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən edilərək saxlanılıb.

Bundan əlavə, Sabunçu rayonunda “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir