Ağsuda kişi qayınanasını döydü

Ağsuda kişi qayınanasını döydü

“Xəbəraxını” “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Ağsu şəhərində baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir – red.) yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra qadın anasına zəng edərək evdə münaqişə yarandığını bildirib.

Gecə saatlarında hadisə yerinə gələn qayınana qızı ilə birlikdə evdən çıxmaq istəyib. Bu zaman o, kürəkəni ilə mübahisə edib və onu təhqir edib. Ardınca İslam Azadovun həyətindəki avtomobilə bir neçə dəfə təpik vuraraq nəqliyyat vasitəsinə zərər yetirib.

Bundan əsəbiləşən kişi qayınanasına yumruq zərbələri endirib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

Məhkəmə baxışı zamanı tərəflər arasında barışıq əldə olunub. Bununla əlaqədar inzibati xəta haqqında işə xitam verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir