İran və Ermənistan XİN rəhbərləri Tehranda görüşdü – Sərhəddə yeni körpü müzakirə edildi

İran və Ermənistan XİN rəhbərləri Tehranda görüşdü – Sərhəddə yeni körpü müzakirə edildi

Tehranda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

“Xəbəraxını” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas mövzularından biri Ermənistan-İran sərhədində ikinci körpünün inşası olub. Tərəflər həmçinin iki ölkə arasında yük daşımalarının daha da asanlaşdırılması imkanlarını nəzərdən keçiriblər.

Görüşdə, eyni zamanda, Ermənistan-İran münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldığı bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir