Marketdən 1400 manatlıq lotereya biletləri oğurlandı

Marketdən 1400 manatlıq lotereya biletləri oğurlandı

Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Xəbəraxını xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Belə ki, Səbail rayonu ərazisində yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb.

Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir