TRIPP layihəsinin təməlqoyma mərasimi bu tarixdə keçirilə bilər

TRIPP layihəsinin təməlqoyma mərasimi bu tarixdə keçirilə bilər

Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan TRIPP layihəsi üzrə işlərin sürətlə irəlilədiyini və layihənin təməlqoyma mərasiminin 2027-ci ilin əvvəlində keçirilməsinin planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, hazırda layihə ilə bağlı araşdırmalar davam edir və yaxın bir-iki ay ərzində yekunlaşdırılması gözlənilir. Bundan sonra layihənin praktiki icrası istiqamətində real addımların atılması nəzərdə tutulur.

Xəbəraxını xəbər verir ki, səfir İrəvanda jurnalistlərə açıqlamasında TRIPP İnkişaf Şirkətinin ABŞ maliyyə qurumlarında qeydiyyatının tamamlandığını, həmçinin Vaşinqtonla qarşılıqlı nümayəndə heyətlərinin görüşlərinin keçirildiyini deyib.

Mkrtçyan bildirib ki, layihə artıq praktiki həyata keçirilmə mərhələsinə yaxınlaşıb və bu səbəbdən gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün hesab olunur.

Qeyd edək ki, TRIPP ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmasının tərkib hissəsi olan beynəlxalq nəqliyyat və kommunikasiya layihəsidir. Layihənin təməlqoyma mərasiminin Ermənistan ərazisində keçirilməsi nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir