Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib. Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnir Su İdmanı Sarayında baş tutub.

Xəbəraxını xəbər verir ki, Yarışın ilk günündə Azərbaycan təmsilçiləri 9 növdə mübarizə aparıblar. Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq üsulda 1:05,39 nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib. Abdurrəhman Rüstəmov isə 100 metr məsafəyə kəpənək üsulunda 53,02 saniyə nəticə ilə finala yüksəlib.

Bundan başqa, Anastasiya Qnusina, Vlastilina Xasyanova, Fərhad Şirməmmədli və Amin Oruclu şəxsi rekordlarını yeniləyiblər. Yeqor Maynitski də 100 metr qarışıq və brass üsullarında şəxsi nəticəsini yaxşılaşdırıb.

Final sessiyasında Anastasiya Boborıkina 200 metr brass, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova 200 metr kəpənək, Oqtay Hüseynov isə 400 metr sərbəst üsulda çıxış edəcək.

Turnirin açılış mərasimi bu gün saat 18:30-da keçiriləcək.

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakıda keçirilir. Yarışda 44 ölkədən 216 idmançı iştirak edir. Azərbaycan milli komandasının heyətində 15 üzgüçü yer alır. Komandanın baş məşqçisi Luka Qabrilo, məşqçiləri isə Ruslan Hətəmxanov, Rəşad Əliyev və Teymur Quliyevdir.

Yarışın biletlərini iTicket.az platformasından və şəhər kassalarından əldə etmək mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir