FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edib.
Xəbəraxını “Report”a istinadən xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Bildirilib ki, futbol funksioneri Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə əlaqədar ölkəmizə gəlib.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Bakıda təşkil olunacaq.
Azərbaycan millisi turnirin AF qrupunda mübarizə aparacaq. Yığmanın rəqibləri Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor komandaları olacaq.
