Trump sanksiyaları yumuşaltmağa hazır olduğunu deyib

Trump sanksiyaları yumuşaltmağa hazır olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp İrana tətbiq edilən sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri azad etməyə hazır olduğunu bildirib.

Xəbəraxını.com xəbər verir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

“Prezident Tramp nüvə sahəsində konkret irəliləyiş müqabilində İrana tətbiq olunan sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri blokdan çıxarmağa hazırdır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təqdim etdiyi planı rədd etmişdi. Onun sözlərinə görə, Tehran boğazın dərhal açılmasını nəzərdə tutan bir saziş bağlamaq istəyirdi ki, bu da Vaşinqton üçün qəbuledilməzdir. ABŞ dövlət başçısı bir daha bəyan edib ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir