Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb

Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Xəbəraxını “Report” -a istinadən xəbər verir ki, görüş sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Görüş zamanı nazirlər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayıb, 2025-ci ildə keçirilən Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra prosesdə qeydə alınan irəliləyişi müzakirə ediblər.

Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən müvafiq infrastrukturun açılması məsələsinə xüsusi diqqət yetiriblər.

Bu çərçivədə iki ölkə arasında ticarət və tranzit əlaqələrinin sülhün praktiki faydalarını nümayiş etdirən nümunələr kimi əhəmiyyəti qeyd olunub.

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviqi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Ceyhun Bayramov və Ararat Mirzoyan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir