Formula 1 Seabreezdə keçirilə bilər. Emin Ağalarovdan maraqlı paylaşım

Formula 1 Seabreezdə keçirilə bilər. Emin Ağalarovdan maraqlı paylaşım

Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi ərazinin dəyişdirilərək Bakı şəhərinin mərkəzindən “Sea Breeze”ə köçürülməsi ideyası yenidən gündəmə gəlib.

“Xəbəraxını.com” xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Instagram” hesabında paylaşım edib.

E.Ağalarov bildirib ki, uzun müddətdir “Sea Breeze” ərazisində Formula 1 üçün trasın inşa olunacağı ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, bunun üçün ciddi hazırlıq tələb olunur və hazırda Formula 1 traslarının layihələndirilməsində iştirak edən “Tilke” şirkəti ilə əlaqə saxlanılır.

İş adamı qeyd edib ki, 2030–2031-ci illərə qədər trasın ətraf infrastrukturu ilə birlikdə inşası mümkün olarsa, nəzəri olaraq Formula 1 yarışlarının “Sea Breeze”ə keçirilməsi reallaşa bilər.

E.Ağalarov hazırda bu istiqamətdə konkret razılaşmanın olmadığını da vurğulayıb. Bununla belə, o, bu ideyanın həyata keçirilməsini arzuladıqlarını və “Sea Breeze”də Formula 1 yarışlarının keçirilməsinin uzaq perspektiv olmadığını bildirib.

O, paylaşımında həmçinin Formula 1 yarışlarının “Sea Breeze” ərazisində necə görünə biləcəyini əks etdirən vizuallar, eləcə də özünü yarış avtomobili idarə edirmiş kimi göstərən görüntülər yayımlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir