Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.
İlkin məlumata görə, kimliyi hələ müəyyənləşdirilməyən şəxs məktəbin qarşısında ətrafa atəş açıb.
Hadisə nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım briqadaları cəlb olunub.
