Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 20-də BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində Ceyhun Bayramovun Baş Assambleyanın 81-ci sessiyasında, eləcə də bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi nəzərdə tutulur.
Bununla yanaşı, sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində nazirin xarici dövlətlərin rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
