Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək

Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Nyu-Yorkda görüş keçiriləcək.

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iki liderin BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda bir araya gələcəyini açıqlayıb. Görüşün gələn həftə keçirilməsi gözlənilir.

BMT Baş Assambleyasının 81-ci sessiyasının rəsmi açılışı sentyabrın 8-də baş tutub. Sessiyanın yüksək səviyyəli ümumi müzakirələri isə sentyabrın 22-dən 28-dək keçiriləcək.

Ərdoğanın da sessiyanın yüksək səviyyəli müzakirələri çərçivəsində çıxış etməsi gözlənilir. Nyu-Yorkda keçiriləcək görüş zamanı iki ölkə arasında münasibətlər və regional məsələlərin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Ərdoğan və Tramp sonuncu dəfə 2026-cı ilin iyulunda Ankarada keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir