Metronun “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Məlumata görə, nasaz qatarın xətdən çıxarılması üçün köməkçi qatar cəlb olunub.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə qatarların hərəkət intervalları bərpa olunacaq.
Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkəti qrafikə uyğun davam edir.
08:36
Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.
Şahidlərin sözlərinə görə, qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb.
Məlumata əsasən, bəzi stansiyalarda sərnişinlər qatarlardan düşürülüb.
