Sentyabrın 12-də Kəlbəcər rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti Bal Festivalı təşkil olunub.
Tədbir IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Festivalda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri və yerli sakinlər iştirak ediblər.
Festivaldan əvvəl nümayəndə heyəti Kəlbəcərdə aparılan tikinti və quruculuq işləri ilə tanış olub. Xüsusi nümayəndə Bəşir Hacıyev rayonda işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa, abadlıq və yenidənqurma layihələri barədə məlumat verib. Bildirilib ki, müasir infrastrukturun yaradılması, sosial-iqtisadi inkişafın təmin edilməsi və sakinlərin doğma yurdlarına qayıdışının təşkili istiqamətində kompleks tədbirlər görülür.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Kəlbəcərə qayıdışa həsr olunmuş videoçarx nümayiş etdirilib.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Kəlbəcərin işğal dövründə üzləşdiyi faciələrdən, məcburi köçkünlükdən və sakinlərin doğma torpaqlarından ayrılmasının yaratdığı ağrılardan danışıb. O, hazırda Kəlbəcərin yenidən qurulduğunu və tarixi simasını bərpa etdiyini vurğulayıb.
Bəşir Hacıyev isə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı işlərdən bəhs edərək Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılığın inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, festivalın gələcəkdə daha da genişlənməsi rayonun kənd təsərrüfatı, turizm və iqtisadi potensialının tanıdılmasına imkan yaradacaq.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, 2026-cı ildə Kəlbəcər ərazisinə 3 396 fermerə məxsus 148 min 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə verilib. Nazir Azərbaycan balının keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasının, eləcə də onun beynəlxalq səviyyədə tanınan milli məhsula çevrilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.
Festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, ölkənin digər bölgələrindən ümumilikdə 34 arıçı fermer iştirak edib. IDEA-nın “Gənc Arıçı” layihəsinin iştirakçıları da öz məhsullarını sərgiləyiblər. Ziyarətçilər müxtəlif növ bal və digər arıçılıq məhsulları ilə tanış olub, onların istehsal prosesi və keyfiyyət göstəriciləri barədə məlumat alıblar.
Tədbirin əsas məqsədləri Azərbaycan balının tanıdılması və coğrafi brendləşdirilməsi, arıçıların dəstəklənməsi, məhsulların
