Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 12-dən etibarən üç küçədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Məhdudiyyət saat 07:00-dan Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrində tətbiq ediləcək.
Təmir müddətində sözügedən ərazilərdə nəqliyyatın hərəkəti tam və ya qismən dayandırıla bilər. Məhdudiyyət işlər yekunlaşanadək qüvvədə qalacaq.
Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan əvvəlcədən istifadə etmək tövsiyə olunur.
