İmamoğluya HÖKM OXUNDU

İmamoğluya HÖKM OXUNDU

Ekrem İmamoğlu 2 il 1 ay müddətinə həbs cəzası alıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu Tuzla Bələdiyyəsinin keçmiş rəhbəri Şadi Yazıcıya qarşı təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə İmamoğlu bu ittiham üzrə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə rəyini açıqlayan prokuror İmamoğlunun 3 ay 15 gündən 2 il 4 aya qədər müddətə həbs cəzasına məhkum edilməsini tələb etmişdi.

Müdafiə tərəfinin çıxışlarından sonra məhkəmə yekun qərarını elan edib.

Qərarın apellyasiya instansiyasında ləğv edilməyəcəyi təqdirdə, İmamoğlu barəsində tətbiq olunan siyasi qadağanın tam qüvvəyə minəcəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsi üçün məclis üzvləri arasında yenidən seçki keçiriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir