Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident Azərbaycanın yəhudi icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına Roş ha-Şana bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı məktubunda yəhudi icmasının nümayəndələrinə ən xoş arzularını çatdırıb.

Prezident qeyd edib ki, Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub və burada xalqlar və dini icmalar arasında qarşılıqlı hörmət, etimad, dostluq və qardaşlığa əsaslanan münasibətlər formalaşıb.

Məktubda vurğulanıb ki, müasir Azərbaycanda hər kəsin dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq fundamental hüquq və azadlıqlarının təmin edilməsi üçün demokratik-hüquqi şərait yaradılıb. Yəhudi icması da ölkədə mövcud olan etnik-dini tolerantlıq mühitində öz milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruyaraq Azərbaycanın sosial-mədəni həyatında fəal iştirak edir və vətəndaş həmrəyliyinin möhkəmlənməsinə töhfə verir.

İlham Əliyev Roş ha-Şananın yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəyliyin rəmzi olduğunu bildirərək, yəhudi icmasının hər bir üzvünə və ailələrinə xoşbəxtlik, süfrələrinə isə xeyir-bərəkət arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir