Cənubi Koreya Qarabağ və Şərqi Zəngəzurda yeni layihəyə başlayır

Cənubi Koreya Qarabağ və Şərqi Zəngəzurda yeni layihəyə başlayır

Cənubi Koreya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafına dəstəyi davam etdirəcək.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkəsi üçün prioritet istiqamətlərdəndir.

Səfir qeyd edib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyi tərəfindən həmin ərazilərdə kəhrizlərin bərpasına dair yeni layihənin bu il ərzində başlanması gözlənilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihənin 2030-cu ilədək davam etdirilməsi nəzərdə tutulur.

Kımqu Kanq layihənin uğurla icra olunacağına ümid etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir