Qızılağac Milli Parkında qanunsuz ov və balıq ovu ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıb.
Parkın ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalovun üzərindən müvafiq sənədləri olmayan 4 ov silahı aşkarlanıb. Həmçinin onlardan qanunsuz ovlanmış, “Qırmızı Kitab”a daxil edilən müxtəlif növ 72 çöl quşu götürülüb.
Bundan əlavə, milli parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov da saxlanılıb. Baxış zamanı onun üzərindən müxtəlif növ balıqlar və istifadəsi qadağan olunan ov alətləri aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
