Paşinyan Fransaya işgüzar səfərə gedib

Paşinyan Fransaya işgüzar səfərə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfər üçün Fransaya yollanıb.

Paşinyanın səfəri çərçivəsində Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirakı planlaşdırılır. Sentyabrın 9-10-da Qrand Palais sərgi mərkəzində keçiriləcək tədbirdə 120-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir.

Baş nazir Fransaya prezident təyyarəsi ilə deyil, adi sərnişin reysi ilə gedib. Paşinyan paylaşdığı videoda Fransa Prezidenti Emmanuel Makronla görüşməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, Paşinyan Fransaya sonuncu dəfə bu ilin martında səfər edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir